Kloppun oyun sonu açıqlamaları
- 2021-10-04
"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 7-ci turunda "Mançester Siti" ilə heç-heçə (2:2) etdikləri matçı şərh edib.
Klubun saytına istinadən, o, nəticədən razı qaldığını bildirib: "Yaxşı ki, futbol oyunu iki hissədən ibarətdir. İkinci hissədən çox məmnunam, amma birinci hissədən o qədər də razı qalmadım. Fasilədən əvvəl bir çox səhv etdik və rəqib çox yaxşı işlər gördü. Karyeramın ən xoşbəxt anı hakimin ilk hissəni bitirməsi idi.
"Mançester Siti"nin qol şansları olsa da, bunları reallaşdıra bilmədi. Fasilədən əvvəl futbol oynamadıq. Uzun ötürmələrdən istifadə etdik, bu da mənasız idi. Fasilədə hamısını bir anda dəyişdik. İkinci hissədə oyuna çıxdıq və yaxşı qollar vurduq. Bəli, bu matçda qalib gəlmək istəyirdik. Amma etiraf etməliyəm ki, bir xal çox məqbul nəticədir".