İngiltərədə turun oyunu
İngiltərə premyer liqası

İngiltərədə turun oyunu

  • 2021-10-03

Bugün İngiltərə Premyer Liqasında 7-ci turun mərkəzi qarşılaşması keçiriləcək.

7-ci tur çərçivəsində "Mançester Siti" klubu Liverpul səfərinə yollanacaq. Enfilddəki görüş saat 19:30 da keçiriləcək. 6 turdan sonra "Liverpul" 14 xalla 2-ci, "Mançester Siti" isə 13 xalla 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 16 xalla Londonun "Çelsi" klubu başçılıq edir.

Qeyd edək ki, 19:30 da başlayacaq oyunu İctimai Televiziya vasitəsi ilə izləyə bilərsiz.

İngiltərə Premyer Liqası

7-ci tur

"Liverpul" - "Mançester Siti" ( 19:30 )