"Mançester Yunayted"dən xal itkisi
İngiltərə premyer liqası

"Mançester Yunayted"dən xal itkisi

  • 2021-10-02

İngiltərə Premyer Liqasında 7-ci turun oyunları keçirilir. 

"Mançester Yunayted" bu turda doğma meydanda "Everton"la qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində 14 xalla 2-ci, eyni xalı olan "Everton" isə 3-cüdür. 

İngiltərə Premyer Liqası, 7-ci tur

2 oktyabr

"Mançester Yunayted" - "Everton" - 1:1

Qollar: A.Martial, 43 - A.Taunsend, 65