Ronaldo ən yaxşı seçildi
İngiltərə premyer liqası

Ronaldo ən yaxşı seçildi

  • 2021-10-02

"Mançester Yunayted"də sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı hücumçu bütün komanda yoldaşlarını qabaqlayaraq azarkeşlərin səsverməsi nəticəsində ayın ən yaxşısı olub. 

Portuqaliyalı oyunçu ötən ay 5 matçda 5 qol vurub. 

Qeyd edək ki, Ronaldo avqustun 31-də "qırmızı şeytanlar"la 2+1 illik müqavilə imzalayıb.