Ronaldo hamıdan geridə qaldı
- 2021-10-02
İngiltərə Premyer Liqasında rəqib müdafiəçilərinə ən çox pressinq edən hücumçuların adları açıqlanıb.
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo bu nominasiyada hamıdan geri qalıb. 36 yaşlı hücumçu hər matçda orta hesabla rəqib müdafiəsinə cəmi 2,7 dəfə təzyiq edir.
1-ci yeri isə "Kristal Pelas"dan Vilfred Zaha və "Brayton"dan Neyl Mope bölüşürlər. Onlar hər oyunda orta hesabla 20 belə hərəkətlə ən yaxşı hücumçulardır.
Qeyd edək ki, siyahı hazırlanarkən bu mövsüm ən azı 270 dəqiqə oynayan hücumçular nəzərə alınıb.