"Mançester Yunayted" kapitanını itirdi
- 2021-09-28
"Mançester Yunayted"in kapitanı Harri Maquayr zədələnib.
"The Sun"a istinadən, baldır əsələsindən zədə alan müdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub. O, Çempionlar Liqasının qrup mərhələsində "Vilyarreal" və Premyer Liqada "Everton"la matçı buraxacaq.
İngiltərə millisinin üzvü DÇ-2022-nin seçmə mərhələsində oktyabrda Andorra və Macarıstanla keçiriləcək görüşlərdə də iştirak edə bilmyəcək.