"Mançester Yunayted"dən məğlubiyyət
İngiltərə premyer liqası

"Mançester Yunayted"dən məğlubiyyət

  • 2021-09-25

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

"Qırmızı şeytanlar" 6-cı turda evdə "Aston Villa"nı qəbul edib. Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Yunayted" - "Aston Villa" - 0:1
Qol: Haus, 88

"Mançester Yunayted" hazırda 13 xalla 4-cü, "Aston Villa" 10 xalla 7-cidir. Turnir cədvəlinə 5 oyundan 13 xalı olan "Liverpul" başçılıq edir.