"Düşünürdülər ki, klubdan qovulmaq üzrəyəm"
İngiltərə premyer liqası

"Düşünürdülər ki, klubdan qovulmaq üzrəyəm"

  • 2021-09-20

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer İngiltərə Premyer Liqasının 5-ci turunda "Vest Hem"lə oyundan (2:1) sonra verdiyi açıqlaması ilə diqqət çəkib.

Britaniya mətbuatına istinadən, o, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Yanq Boyz"a məğlubiyyətdən (1:2) sonra bir çox insanın onun istefası barədə düşündüyünü deyib: "Bəzi insanlar bir neçə gün əvvəl gələcəyimi müzakirə edirdilər və düşünürdülər ki, "Mançester Yunayted"dən qovulmaq üzrəyəm. Elə bir mühit yaranmışdı ki, sanki "Mançester Yunayted" üçün mövsüm bitmək üzrədir və mən işimi itirmişəm. Bunlara baxmayaraq, qələbəyə layiq idik.