"Mançester Yunayted" geri dönüş edərək qələbə qazandı
İngiltərə premyer liqası

"Mançester Yunayted" geri dönüş edərək qələbə qazandı

  • 2021-09-19

İngiltərə Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

"Mançester Yunayted" bu gün səfərdə "Vest Hem"in qonağı olub. Hesabı meydan sahibləri açsa da, "qırmızı şeytanlar" 2:1 hesablı qələbə qazanıb.

Vest Hem" - "Mançester Yunayted" - 1:2

Qollar: Benrahma, 30 (1:0), Ronaldo, 35 (1:1), Linqard, 89 (1:2)

"Mançester Yunayted" 13 xalla 3-cü, "Vest Hem" 8 xalla 8-ci pillədə qərarlaşıb.