Pulişiç Tottenhemlə oyunu buraxacaq
- 2021-09-18
"Çelsi"nin futbolçusu Kristian Pulişiç İngiltərə Premyer Liqasının 5-ci turunda "Tottenhem"lə oyunu buraxacaq.
Britaniya mətbuatının yaydığı xəbərə görə, klubun baş məşqçisi Tomas Tuxel 23 yaşlı hücumçunun hələ də tam sağalmadığı və fərdi qaydada məşq etdiyini deyib.
Qeyd edək ki, "Tottenhem" - "Çelsi" görüşü sabah keçiriləcək.