Ronaldonun "Yunayted"ə transfer olunmasına sevinmədim
İngiltərə premyer liqası

Ronaldonun "Yunayted"ə transfer olunmasına sevinmədim

  • 2021-09-13

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Kriştiano Ronaldonun "Yuventus"dan "Mançester Yunayted" keçməsi barədə danışıb.

54 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında 36 yaşlı hücumçunun "qırmızı şeytanlar"a transferinə təəccübləndiyini deyib: 

"Ronaldonun "Mançester Yunayted"ə transfer olunmasına sevindim? Xeyr. Bu keçidə görə məmnun deyiləm. Ronaldo yaxşı oyunçudurmu? Təəssüf ki, hə. Bu transfer məni təəccübləndirdi. Ona görə yox ki, o, "Mançester Yunayted'ə keçdi. Ona görə də onun "Yuventus"dan gedəcəyi ağlıma da gəlməzdi.

Ronaldonun "Mançester Siti"yə keçə biləcəyi ilə bağlı söz-söhbət yayılanda düşündüm ki, "Mançester Yunayted"in mübarizəsi əyləncəli olacaq. Daha sonra əlbəttə ki, "Yunayted" transfer üçün addımlar atdı və onu geri qaytardı. Biz azad bir dünyada yaşayırıq. İnsanlar istədikləri hər şeyi edə bilərlər".  

Qeyd edək ki, Ronaldo "Mançester Yunayted" ilə 2+1 illik müqavilə imzalayıb.