"Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salındı
İngiltərə premyer liqası

"Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salındı

  • 2021-05-03

İngiltərə Premyer Liqasının 34-cü turunda 19:30-da başlamalı olan "Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salınıb.

"Mançester Yunayted" azarkeşlərinin kluba etiraz əlaməti olaraq stadiona daxil olması görüşün qeyri-müəyyən vaxta təxirə salınmasına səbəb olub.

Artıq ikinci həftədir ki, "Mançester Yunayted" fanatları klubun sahibi Qleyzerlər ailəsinə Superliqaya daxil olduqları üçün etiraz edirlər. Bu gün isə minlərlə azarkeş əvvəlcə Mançesterdə etiraz aksiyası keçirib, daha sonra isə fanatların bir hissəsi "Old Trafford"a daxil olaraq matçın keçirilməsinə mane olub.