Premyer Liqanın milli komandalarla bağlı qərarı
İngiltərə premyer liqası

Premyer Liqanın milli komandalarla bağlı qərarı

  • 2021-08-25

İngiltərə Premyer Liqa klubları yeni növ koronavirus epidemiyası səbəbindən İngiltərənin qırmızı siyahısında olan ölkələrdə gələn ay oynayacaqları milli komandalara oyunçu göndərməmək qərarına gəliblər.

Liqanın internet saytında verilən açıqlamada, qəbul edilən qərarın qırmızı siyahıda olan 26 ölkəyə səyahət etməsi gözlənilən 60-a yaxın oyunçunu əhatə etdiyi qeyd edilir.

Açıqlamada, qırmızı siyahıda olan ölkələrdən qayıdan və məcburi 10 günlük karantinə alınan bir futbolçunun Premyer Liqada iki, UEFA təşkilatlarında və Liqa Kubokunda bir matçı buraxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, Türkiyə Böyük Britaniyanın qırmızı siyahısında olan ölkələr sırasındadır. İngiltərə mətbuatında yer alan xəbərə görə, qırmızı siyahının sabah və ya cümə axşamı yenilənməsi və Türkiyənin qırmızı siyahıdan çıxarılması gözlənilir.