Poqba yenə tarixə düşdü
İngiltərə premyer liqası

Poqba yenə tarixə düşdü

  • 2021-08-23

Mançester Yunaytedin futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Fransalı yarımmüdafiəçi çempionat tarixində ilk iki oyunda ümumilikdə 5 məhsuldar ötürmə edən ilk futbolçu olub. 

Poqba ilk turda Lidsi 5:1 hesabıyla məğlub etdikləri oyunda 4 məhsuldar ötürmə etmişdi. O, Sauthemptonla heç-heçə etdikləri oyunda (1:1) da komandasının yeganə qolunun ötürməsini edib.

Qeyd edək ki, Poqba ilk turda 4 ötürmə verməklə Mançester Yunayted tarixində bir oyunda bunu bacaran yeganə futbolçu kimi də rekord qırmışdı.