Loris yeni rekorda imza atıb
- 2021-08-22
Tottenhemin qapıçısı Uqo Loris klub rekorduna imza atıb.
34 yaşlı qolkiper buna Prmeyer Liqanın 2-ci turunda "Vulverhempton"la matçda nail olub. 2012-ci ildən Tottenhemdə oynayan qapıçı, həmin görüşdə iştirak etməklə Tottenhemin heyətində çıxdığı matçların sayını 300-ə çatdırıb. Bununla da fransalı oyunçu klubun keçmiş yarımmüdafiəçisi Darren Andertonun rekordunu yeniləyib - 299 görüş.
Qeyd edək ki, Tottenhem-Vulverhempton oyunu London klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb (1-0).