Lukakunun Çelsidəki nömrəsi müəyyənləşib
- 2021-08-18
Romelu Lukakunun "Çelsi"dəki forma nömrəsi müəyyənləşib.
Klubun "İnstaqram" səhifəsində bildirilib ki, belçikalı hücumçu London təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, daha əvvəl bu nömrəli formanı "Roma"ya transfer olunan Temmi Abraham geyinib.