Poqba bunu bacaran ilk oyunçu oldu
İngiltərə premyer liqası

Poqba bunu bacaran ilk oyunçu oldu

  • 2021-08-15

“Mançester Yunayted”in futbolçusu Pol Poqba ilkə imza atıb. 

O, buna İngiltərə Premyer Liqasının ilk turunda "Lids"i 5:1 hesabıyla məğlub etdikləri oyunda nail olub. Poqba görüşdə 4 qolun ötürməsini verib. Fransalı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın tarixində bunu bacaran ilk oyunçu olub. Daha əvvəl komandada heç bir futbolçu bir matçda 4 qol ötürməsi verə biməyib.