Obameyanq mövsümün ilk oynunu buraxacaq
İngiltərə premyer liqası

Obameyanq mövsümün ilk oynunu buraxacaq

  • 2021-08-13

Arsenalın hücumçusu Obameyanqın mövsümün açılış oynunda iştirak etməyəcəyi gözlənilir.

London klubunun oyunçusu artıq 2 gündür ki, məşqlərə gəlmir və bu səbəbdən Brentfordla olan oyunda komandasına kömək edə bilməyəcək.

Obameyanqın məşqlərə gəlməməyinin əsl səbəbi bilinməsə də onun xəstə olması ehtimalı vurğulanıb.

Qeyd edək ki, 31 yaşlı oyunçu ötən mövsüm 39 oyunda 15 dəfə fərqlənmişdi.