Şmayxelə kapitanlıq sarğısı verildi
İngiltərə premyer liqası

Şmayxelə kapitanlıq sarğısı verildi

  • 2021-08-12

Danimarkalı qapıçı Kasper Şmayxel Lesterin yeni kapitanı təyin edilib.

Bu barədə klubun baş məşqçisi Brendan Rocers məlumat verib. O, qapıçı Kasper Şmayxelin "tülkülər"in yeni kapitanı təyin edildiyini bildirib. Müdafiəçi Conni Evans isə vitse-kapitan seçilib.

Qeyd edək ki, 2012 -ci ildən komanda kapitanı olan "Lester"in keçmiş müdafiəçisi Ues Morqan bu yay 37 yaşında karyerasını başa vurub.