İngiltərədə mövsümün ən yaxşısı
- 2021-06-05
İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.
"Mançester Siti"nin müdafiəçisi Ruben Diaş 2020/21 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Bu mükafata digər namizədlər Kevin de Brüyne ( "Mançester Siti" ), Brunu Fernandeş ("Mançester Yunayted), Cek Qriliş ("Aston Villa"), Harri Keyn ("Tottenhem"), Meyson Mount ("Çelsi"), Məhəmməd Salah ("Liverpul") və Tomaş Souçek ("Vest Hem") idi.
Xatırladaq ki, portuqaliyalı oyunçu ötən ilin sentyabrında "Benfika" dan "Mançester Siti" yə transfer olunub. 24 yaşlı müdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasının 31 matçında iştirak edib. Diaş bundan əvvəl jurnalistlər tərəfindən mövsümün oyunçusu seçilmişdi.