İngiltərədə mövsümün rəmzi komandası açıqlandı
İngiltərə premyer liqası

İngiltərədə mövsümün rəmzi komandası açıqlandı

  • 2021-06-04

İngiltərə Peşəkar Futbol Assosiasiyası  Premyer Liqada 2020/2021 mövsümünün rəmzi komandasını təqdim edib.

Ən yaxşı 11-likdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Ederson ("Mançester Siti")

Müdafiəçilər: Lyuk Şou ("Mançester Yunayted"), Joao Kanselu , Con Stounz, Ruben Diaş (hər üçü "Mançester Siti")

Yarımmüdafiəçilər: İlkay Gündoğan , Kevin de Brüyne (hər ikisi "Mançester Siti"), Brunu Fernandeş ("Mançester Yunayted")

Hücumçular: Məhəmməd Salah ("Liverpul"), Son Hın Min, Harri Keyn (hər ikisi "Tottenhem")