Robertson yoldaşlıq oynunda zədələndi
İngiltərə premyer liqası

Robertson yoldaşlıq oynunda zədələndi

  • 2021-08-08

Liverpulun müdafiəçisi, Endi Robertson, Atletik Bilbao ilə yoldaşlıq oynunda topuğundan ağır zədə alıb.

Zədənin nə dərəcədə ciddi olduğunu yoxlamaq üçün, şotlandiyalı, bazar ertəsi günü MRT olunacaq. Liverpulun treyneri Yürgen Klopp bildirib ki, ağrının qarşısını almaq mümkün olsa da yalnız həkim yoxlanışından sonra növbəti addımı müəyyənləşdirmək olar.

Mersisayd klubunun PL-dəki ilk oynuna bir həftədən az vaxt qaldığını nəzərə alsaq, Robertson klub üçün ağır itki ola bilər. Qeyd edək ki, Liverpul-Norviç Siti oynu avqustun 14-ü baş tutacaq.