Allison 2027-ə qədər Liverpulda
İngiltərə premyer liqası

Allison 2027-ə qədər Liverpulda

  • 2021-08-04

Fabinyo və Trent Alexsandr-Arnoldun ardınca, Allison Beker, Liverpulla müqaviləsinin müddətini uzatdı.

Yeni müqavilə, Liverpulun 1 nömrəsini 2027-ci ilə qədər Anfilddə saxlayacaq. 6 illik müqavilənin yüksək performans göstərən braziliyalını klubun ən çox qazananları sırasına qatması gözlənilir.

Qeyd edək ki, Liverpul, 28 yaşlı qapıçını 2018-ci ildə 66 mln funt sterlinqə Romadan transfer etmişdi.