Mövsümün ən yaxşı gənc oyunçusu adına namizədlər açıqlanıb
İngiltərə premyer liqası

Mövsümün ən yaxşı gənc oyunçusu adına namizədlər açıqlanıb

  • 2021-06-02

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı gənc oyunçusu adına namizədlər açıqlanıb.

Siyahıda 6 futbolçu yer alıb. Bunlar Bukayo Saka ("Arsenal"), Deklan Rays ("Vest Hem"), Meyson Qrinvud ("Mançester Yunayted"), Meyson Mount ("Çelsi"), Fil Foden (Mançester Siti") və Trent-Aleksandr Arnolddur ("Liverpul").


Qeyd edək ki, Premyer Liqanın 2020/21 mövsümün qalibi "Mançester Siti", bombardiri isə "Tottenhem"dən Harri Keyn olub.