EPL oyunçuları diz çökməyə davam edəcəklər
- 2021-08-03
İngiltərə Premyer Liqasının 2021/22 mövsümündə oyunçuların diz çökməyə davam etməsi qərarı verilib.
2020-ci ilin iyun ayından etibarən EPL-də oyunçular və heyətlər rasizmə qarşı kompaniyanın bir hissəsi olaraq, start fitindən əvvəl diz çökürlər. "Diz çökərək rasizmin bütün növlərinə qarşı mübarizə aparmaq indi hər zamankından daha çox bizim üçün vacibdir.
Həmçinin, formaların üzərinə "rasizmə yer yoxdur" nişanlanlarının taxılması EPL, oyunçular və matç rəsmiləri tərəfindən ürəklə qarşılanıb.
Xatırladaq ki, İngiltərədə qeyri-ingilis futbolçular zamanla irqi tənqid və təhqirlərlə üzləşirlər və buna qarşı dövlət səviyyəsində tədbirlər görülür. Ən böyük skandallardan biri, Avro 2020-nin finalında qaçırılan penaltilərə görə Bukayo Saka, Markus Reşford və Ceydon Sançonun belə təhqirlərə tuş gəlməsi oldu.