O vaxt İngiltərədə "Güllər müharibəsi" kimi tarixə yazılan ölkədaxili qarşıdurmalarda Lankasterlər və Yorklar arasında hakimiyyət uğrunda çox ciddi mübarizə gedirdi. Lankasterlərin gerbində qırmızı qızılgül, Yorklarda isə ağ qızılgül təsvir olunurdu. Mübarizə hər iki sülalənin məhvinə gətirib çıxardı və Lankasterlərdən olan Henrix Tüdor hakimiyyəti ələ aldı və Tüdorlar sülaləsinin hakimiyyət dövrü başlandı.
Mançesterin yerləşdiyi Lankaşir bölgəsi yuxarıda qeyd etdiyimiz kimi qırmızı qızılgül ilə təmsil olunurdu. Bunun səbəbidir ki, 1902-ci ildə "Nyuton Hit" klubu adını dəyişdirərək "Mançester Yunayted" olur və əsas formasını da qırmızı-ağ olaraq təsdiq edir.
Yorkşir isə ağ qızılgüllə təmsil olunurdu və buna görə də sonralar "Lids Yunayted" öz formasını ağ rəngdə istehsal etdirməyə başlamışdı.
Aparılmış bir sorğuya əsasən "Lids Yunayted" azarkeşləri İngiltərədə ən çox "Mançester Yunayted"ə nifrət edir və əsas rəqib kimi görürlər. 70-lərdə İngiltərə futbolunda xuliqanlıq, qatı fanatizm hökm sürürdü. Oyunlar zamanı azarkeşlərarası qarşıdurmalar həm stadionlara, həm də azarkeşlərin özlərinə ciddi xəsarətlər yetirirdi. "Service Crew" və "Red Army" arasında yaşanan qarşıdurmalar ingilis futbolunun ən şiddətli azarkeş qarşıdurması hesab olunurdu.