"Bavariya"nın oyunu təxirə salındı
Digər

"Bavariya"nın oyunu təxirə salındı

  • 2021-08-03

"Bavariya"nın Almaniya kubokunun 1-ci turunda "Bremer"lə keçirəcəyi matç təxirə salınıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Görüşün təxirə salınmasına səbəb "Bremer"in heyətindəki oyunçularda koronavirusa yoluxma aşkarlanmasıdır. Ona görə də qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu vaxtda - avqustun 6-sında keçirilməyəcək.

Matçın nə vaxt oynanılacağı haqda isə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Almaniya kubokunun son qalibi Dortmund "Borussiya"sıdır.