Ofsayda düşən bədən üzvlərində dəyişiklik gözlənilir
Digər

Ofsayda düşən bədən üzvlərində dəyişiklik gözlənilir

  • 2021-08-03

İngiltərə Premyer Liqasında VAR bu mövsüm burun və ayaq dırnaqları üçün ofsayd qeydə almayacaq.

Sky sports xəbər verir ki, keçən iki mövsümdəki təzyiqlərə görə, VAR-ın rəsmi istifadəsində detallı dəyişikliklər olunacaq. Daha axıcı oyunlar izləmək üçün "məhkəmə ciddiliyi"ndə olan qaydalardan uzaqlaşılacaq.

Hücumda olan tərəfə üstünlük vermək üçün ofsaydı təyin edən xətlər qalınlaşdırılacaq. Premyer Liqanın baş referisi Mayk Rayli, bu qaydaların tətbiq edildiyi şəraitdə bu mövsüm 20 daha artıq qola şahid olacağımızı bildirib. "Bu yanaşmamız oyunların axıcılığını və futbolçuların özünü meydanda daha rahat ifadə etməsini təmin edəcək. Bu, o deməkdir ki, VAR cüzi qayda pozuntularına görə oyuna müdaxilə etməyəcək", bu sözləri Rayli sky sportsa müsahibəsində bildirib.