Keyn bu hərəkəti üçün cərimələnəcək
- 2021-08-02
Tottenhem Harri Keynin mövsüm öncəsi məşqə gəlmədiyi üçün "məyusdur" və onu cərimə etməyə hazırlaşır.
Bu barədə klubun məşq meydançasından birbaşa xəbər verən ingilis jurnalist Pol Gilmur bildirib. 28 yaşlı oyunçu məzuniyyətinin ardından bazar ertəsi günü Tottenhemin məşqinə qatılmalıydı, lakin klubdan ayrılma istəyi ətrafında gedən söhbətlər səbəbindən, o, məşqə gəlməyib.
İyun ayında Mançester Siti İngiltərə millisinin kapitanı üçün Tottenhemə 100 mln funt sterlinq təklif etsə də London tərəfi razılaşmayaraq, imtina etmişdi. Tottenhem Keyn üçün 120 mln funt sterlinq qiymət qoysa da onun klubdan ayrılmasını istəmir. Keyn isə Tottenhemin prezidenti Daniel Levinin ona "centlmen" sözü verdiyinə inanır.
Transfer üzrə ekspert Fabrizio Romanonun sözlərinə görə, bu həftə Harri Keynin Tottenhemdəki gələcəyi üçün həlledici olacaq.