"Allah, Milanda oynamağımı istədi"
- 2021-08-02
Fransa millisinin hücumçusu Olivye Jiru Çelsini tərk etməsinin səbəbini açıqladı.
34 yaşlı oyunçu "dünyanın ən böyük klublarından biri"nə qoşulmaqla titullarının sayını artırmaq istəyir:
"Oynadığım hər bir klubda çoxlu kuboklar qazanmışam və burda da eyni uğuru təkrarlamağı hədəfləmişəm. Yeni liqaları kəşf etmək zamanıdır. Allah, Milanda oynamağımı istədi. Beynimdə bir məqsəd var, lakin mən təzyiqə uğramamaq üçün bunu açıqlamıram. Sadəcə, deyək ki, mənim son məqsədim Milanla uğur qazanmaqdır", Jirunun bu sözləri goal.com-da yayımlanıb.
Olivye Jiru, iyulun 17-si 2 mln funt sterlinq qarşılığında Çelsidən Milana transfer olunaraq, 2023-cü ilə qədər klubla müqavilə imzaladı.