Keyn "Tottenhem"in məşqinə getmədi
Digər

Keyn "Tottenhem"in məşqinə getmədi

  • 2021-08-02

"Tottenhem"in futbolçusu Harri Keyn komandanın məşqini buraxıb.

Bu barədə "Sky Sports" nəşri məlumat yayıb. Bildirilib ki, ingilis hücumçu bu gün klubun bazasına qayıtmalı idi. Ancaq o, bunu etməyib.

Nəşr yazıb ki, 28 yaşlı oyunçu "Mançester Siti"yə keçmək istəyi ilə əlaqədar bu addımı atmış ola bilər.

Qeyd edək ki, Keynin "Tottenhem" rəhbərliyinə Mançester təmsilçisinə transfer olunmasına razılıq verilməsi ilə bağlı görüşməyi planlaşdırıldığı yazılmışdı.