PSJ rəhbərliyindən Mbappeyə ultimatum
Digər

PSJ rəhbərliyindən Mbappeyə ultimatum

  • 2021-08-02

PSJ hücumçusu Kilian Mbappeyə sanksiya tətbiq edə bilər.

Bu barədə "Mundo Deportivo" yazıb. Bildirilib ki,  fransalı oyunçu Paris klubu ilə yeni müqavilə imzalamağa tələsmir.

Klub 22 yaşlı oyunçuya yeni müqavilə təklif etsə də, Kilian cavabı gecikdirir. Bununla əlaqədar PSJ Mbappeyı ultimatum verib. O, klubla yeni müqavilə imzalamasa, hazırkı sözləşmənin  müddəti bitənə kimi ehtiyat oyunçular skamyasında qalacaq.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi  2022 -ci il iyunu başa çatır. Onun karyerasını "Real"da davam etdirmək istədiyi bildirilir.