"Real" daha bir futbolçusunu itirdi
Digər

"Real" daha bir futbolçusunu itirdi

  • 2021-08-01

“Real”ın daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Madrid təmsilçisinin mətbuat xidmətinə əsasən, müdafiəçisi Alvaro Odriosolanın COVİD-19 testi pozitiv çıxıb. Futbolçu qaydalara uyğun olaraq karantinə alınıb.

Qeyd edək ki, “Real”da bir neçə gün öncə koronavirusa yoluxan Kərim Benzema sağalaraq komanda ilə məşqlərə başlayıb. Komandanın yeni transferlərindən olan David Alaba isə COVİD-19 testi pozitiv çıxdığı üçün hələ də karantindədir.