Dünyanın ən varlı 5 futbol klubu sahibi
- 2021-08-01
"Mançester Siti"nin sahibi Şeyx Mansur, "Arsenal"dan Stan Kroenke və "Çelsi"dən Roman Abramoviçi geridə qoyaraq ən varlı futbol klubu sahibi seçilib. Qeyd edək ki,2008-ci ildə 50 yaşlı milyarder Abu Dabi Birləşmiş qrupu üçün Premyer Liqa çempionlarını 210 milyon funt sterlinqə satın almışdı. Bu günədək Siti, Mansurun sahibliyi dönəmində 5 Premyer Liqa, 6 Liqa kuboku və 2 FA Kubokunu qazanmışdır.
Daily Star bildirir ki, Mansur 20 milyard dollarlıq sərvəti sayəsində dünyanın ən varlı futbol klubu sahiblərini üstələyir.
2 -ci yerdə 19 milyard dollarla Detrix Mattaşisti (Leypstiq) olduğu bildirilir, həmçinin avstraliyali iş adamı "Red Bull"un da sahibidir. 3 -cü yerdə 14 milyard dollarla Andrea Anyelli (Yuventus), 4 -cü yerdə 13 milyard dollarla Ditmar Hopp (Hoffenhaym) qərarlaşıb. 12 milyard dollarla "Çelsi" yığmasının sahibi Roman Abramoviç isə 5-ci pillədədir.