Digər

Pulişiç psixi sağlamlıqdan əziyyət çəkdiyini açıqladı

  • 2021-07-31

Kristian Pulişiç, psixoloqla danışmağın ona çətin günlərindən çıxmağa kömək etdiyi barədə açıqlama verib.

Çelsinin youtube kanalına verdiyi müsahibədə, o, bir futbolçu və insan kimi keçirdiyi çətin vaxtlardakı şəxsi təcrübəsini bölüşüb.

"Hər şey sənin öhdəndə olanda bu, həqiqətən çətin olur. Şəxsən mən, bu müddətdə psixoloqla əlaqə saxladım və bu heç kimin utanmaması gərəkən bir şeydir. Avropada tək yaşamaq mənim üçün bəzən çətinləşir. Həmişə danışmağa birinin olması mənim üçün çox vacibdir və mən bu danışıqlar sayəsində çətin mərhələni aşa bildim. Necə hiss etdiyini başqalarına danış. Yükü çiynindən atmaq, bu barədə danışmaq, həqiqətən, işə yarayır".

Amerikalı oyunçu, həmçinin, komanda yoldaşlarının və məşqçilərinin dəstəyindən söz açıb: "Onlar da eyni və ya oxşar hissləri yaşayan insanlardırlar. Onlarla bu barədə danışdıqda beynin təmizlənir və oyun zamanı özünü daha çox azad hiss edirsən".

Qeyd edək ki, Çelsinin avqustun əvvəlində Arsenal və Tottenhemlə oynayacağı yoldaşlıq matçlarından qazanılan gəlir mental sağlamlıqın qorunması üçün çalışan xeyriyyə fonduna veriləcək.