Cek Qriliş Lionel Messi ilə müqayisə edildi.
Digər

Cek Qriliş Lionel Messi ilə müqayisə edildi.

  • 2021-07-31

 Cek Qriliş "Dünya səviyyəli bir oyunçu" kimi qiymətləndirilib ,həmçinin oyun tərzinə görə L.Messi ilə qarşılaşdırılıb.

"Mançester Yunayted" in keçmiş oyunçusu Luka Çadvik Qrilişin oyun tərzinin "Mançester Siti"yə həqiqətən uyğun olduğunu vurğulayıb ,həmçinin o deyir:

"Məncə ,Qriliş dünya səviyyəli bir oyunçudur və ya dünya səviyyəli bir oyunçu olmağa hazırlaşır. Oyun tərzi Siti ilə çox bənzərdir. Düşünürəm ki ,Qriliş hələ Messinin səviyyəsində deyil ,lakin uzun müddət topu özündə saxlaya və bununla da ,çox sayda oyunçunu özünə cəlb edə bilir. Onun "Mançester Siti" heyətinə qatıldığını görmək həqiqətən maraqlı olacaq. Hal-hazırda sahib olduqlarından tamam fərqli bir oyunçu onları gözləyir" deyə əlavə edib.