Ronaldonu təhqir etdiyi üçün cərimələndi
Digər

Ronaldonu təhqir etdiyi üçün cərimələndi

  • 2021-07-31

Portuqaliya Futbol Federasiyası "Yuventus"un hücumçusu Kriştiano Ronaldo haqda təhqiramiz ifadələr səsləndirən "Draqao" stadionunun diktoru Fernando Saulu cərimələyib.

Bu barədə "A Bola" nəşri məlumat yayıb. F.Saul ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında "Portu"nun Turin təmsiçisinə 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra  sosial şəbəkələrdə yazıb: "İtalyan oğrulardan intiqam aldıq. Donuz Ronaldodan "Draqau"da etdiklərinə görə intiqam aldıq. Doloresdən (Ronaldonun anası)  bir video gözləyirəm".

Diktor bu yazdıqlarına görə 1430 avro məbləğində cərimələnib.

Xatırladaq ki, "Portu" "Yuventus"la görüşlərdə iki oyunun nəticəsinə əsasən (2:1, 2:3) səfər qolu sayəsində 1/4 finala yüksəlmişdi.