Ayaksın 16 yaşlı futbolçusu qəzada öldü
Digər

Ayaksın 16 yaşlı futbolçusu qəzada öldü

  • 2021-07-31

"Ayaks"ın 16 yaşlı futbolçusu Noah Qesser faciəvi şəkildə dünyasını dəyişib.

Sky sportsun yazdığına görə, gənc oyunçu ötən gün qəza keçirib. Qesserin idarə etdiyi avtomobil taksi ilə toqquşub. Nəticədə futbolçu özü və 18 yaşlı qardaşı dünyasını dəyişib.

Qesser "Ayaks"ın gənclərdən ibarət komandasında oynayırdı. 

Şənbə günü keçiriləcək Ayaks 1-in və Ayaksın gənclər komandasının oyunlarında Qesser 1 dəqiqəlik sükutla yad olunacaq.