Karlos Avro-2020-nin ən yaxşı futbolçusunu seçdi
- 2021-07-29
Braziliya millisinin sabiq üzvü Roberto Karlos Avro-2020-nin ən yaxşı futbolçusunu seçib.
"GQ"ya əsasən, o, İngiltərə millisinin müdafiəçisi Lyuk Şounu fərqləndirib: "O, belə oynamağa davam etməlidir. Avro 2020 -nin bütün oyunlarını izlədim və İngiltərə çox yaxşı oynadı. Məğlubiyyət oyunun, futbolun bir hissəsidir və ümid edirəm ki, dünya çempionatında yaxşı çıxış edəcəklər. Bu standartları qoruya bilsələr, mükafata layiq olacaqlar".
Qeyd edək ki, İngiltərə yığması Avro-2020-nin finalında İtaliyaya uduzub (1:1, penaltilər seriyası - 2:3). Şou bu turnirdə İngiltərə millisinin heyətində 6 oyun keçirib, 1 qol vurub 3 qolun ötürməsini verib.