UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişmədi
Digər

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişmədi

  • 2021-07-29

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

"Neftçi" bu mərhələdə "Olimpiakos"a (Yunanıstan) 0:1 hesabı ilə uduzduğu üçün Azərbaycanın xal ehtiyatı dəyişməyib. Ölkəmiz 13,375 xalla 29-cu pillədəki yerini qoruyub.

Qeyd edək ki, 28-ci pillədə olan Qazaxıstanın 13,750 xalı var.