Gecikmiş üzrxahlıq
Digər

Gecikmiş üzrxahlıq

  • 2021-07-29

Çelsinin qapıçısı Kepa Arrizabalaqa keçmiş treyneri Maurisio Sarridən 2019-cu il Karabao Kap finalında baş verən anlaşılmaz səhnəyə görə üzr istəyib.

"Mən işarə etməyə çalışırdım ki, zədələnməmişəm. Biz Uemblidə, 80000-dən çox insanın qarşısında idik, əlbəttə ki, Sarri başa düşmədi. Dördüncü hakim lövhəni qaldıranda mən çıxmalı idim və çıxmadığım üçün üzr istəyirəm. Mən düz etmədim. Azərkeşlərin qarşısında aşağılanmış kimi görünən Maurisio Sarridən, həmkarım professional Kabalerodan, klub yoldaşlarımdan və Çelsi fanatlarından bu anlaşılmazlığa məruz qaldıqları üçün üzr istəyirəm".

Qeyd edək ki, 2019-cu il Karabao Kap finalında, Kepa,lövhədə əvəzləndiyini görəndən sonra sahəni tərk etməyə etiraz etmişdir. Penalti seriyasında 4-3 hesabla qələbə qazanan Mançester Siti Kepanı oynun antiqəhrəmanına çevirmişdi.