Ronaldo "Yuventus"un bazasına qayıtdı
Digər

Ronaldo "Yuventus"un bazasına qayıtdı

  • 2021-07-28

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo klubun bazasına qayıdıb.

Portuqaliyalı futbolçu özünün "Tvitter" səhifəsində Turin təmsilçisinin formasında məşq şəklini yayımlayıb.

"İşə qayıtdığım üçün xoşbəxtəm" - deyə o yazıb.

Qeyd edək ki, Ronaldo Avro-2020-dən sonra istirahətə yollanmışdı.