Ramos zədələndi
Digər

Ramos zədələndi

  • 2021-07-27

PSJ-nin yeni transferi Serxio Ramos zədələnib.

Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi məşq zamanı sol baldırından zədələnib. İspaniyalı futbolçu bir həftə sonra məşqlərə başlayacaq.

Ramos avqustun 1-də "Lill"lə keçiriləcək Superkubok oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Real"dan ayrılan Ramos PSJ-yə azad agent kimi keçib. Onunla 2 illik müqavilə imzalanıb.