Ueyn Runi futbolçusunu zədələdi
Digər

Ueyn Runi futbolçusunu zədələdi

  • 2021-07-27

"Derbi Kaunti"nin baş məşqçisi Ueyn Runi məşqdə futbolçusunu  zədələyib.

"The Mirror"da verilən xəbərdə, klub maddi problemlər səbəbindən oyunçu çatışmazlığı yaşadığı üçün ingilis mütəxəssis komandanın məşqində futbolçu qismində də iştirak edib. Oyun epizodlarından birində Ueyn yarımmüdafiəçi Ceyson Nayta qarşı kobud oynayıb və onun zədələnməsinə səbəb olub. Futbolçunun zədəyə görə iki aya qədər oynamacayağı bildirilib.

Qeyd edək ki, Runi bu ilin yanvarından Çempionşip təmsilçisini çalışdırır.