"Barselona"nın futbolçusu Antuan Qrizmann klubdan ayrılmaq istəmir.
Bu barədə "Diario Sport" məlumat yayıb. Kataloniya klubu 30 yaşlı hücumçunu komandada saxlamaq qərarına gəlsə, o, maaşının azaldılmasına razı olacaq.
Qeyd edək ki, "Barselona" Qrizmannla yolları ayırmaq istəyir. Klub ondan oyunçu mübadiləsində istifadə etməyi planlaşdırır.