"Barselona" və  "Neymar" arasındakı problem həll edildi
Digər

"Barselona" və "Neymar" arasındakı problem həll edildi

  • 2021-07-26

"Barselona" ilə klubun sabiq futbolçusu Neymar arasında olan problemlər aradan qalxıb.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.


29 yaşlı hücumçu 2017-ci ildə PSJ-yə transfer olunan zaman müqaviləsindəki şərtlərə əməl etmədiyi üçün Kataloniya klubu ondan təzminat tələb etmişdi. Neymar isə buna cavab olaraq sözləşmədə qeyd edilən məbləğdə məvacib almadığını bildirmişdi və klubdan bu məbləğin faizi ilə birlikdə ödənilməsini istəmişdi. Lakin "Barselona"nın yaydığı açıqlamada artıq məhkəmə prosedurlarının başa çatdığı braziliyalı oyunçu ilə aralarındakı bütün problemlərin həll olunduğu bildirilib.

Qeyd edək ki, PSJ Neymarı "Barselona"dan 2017-ci ildə 222 milyon avro qarşılığında transfer edib.