Almaniyada ilin ən yaxşı futbolçusu seçildi
Digər

Almaniyada ilin ən yaxşı futbolçusu seçildi

  • 2021-07-25

"Bavariya"nın futbolçusu Robert Levandovski Almaniyada 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

"Kicker"in verdiyi məlumata görə , Almaniyada ən yaxşı oyunçu Almaniya İdman Jurnalistləri Birliyinin nümayəndələri tərəfindən müəyyənləşdirilib. Levandovski 563 səsdən 356-sını toplayıb. Səsvermədə ikinci yeri Münhen klubunun digər hücumçusu Tomas Müller (41), üçüncü yeri "Borussiya"nın (Dortmund) forvardı Erlinq Haaland (38) tutub.

 

Beləliklə, polşalı futbolçu ardıcıl ikinci dəfə Almaniyada ilin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Levandovski ötən mövsüm 40 oyuna çıxıb, 48  qol vurub və 9 qolun ötürməsini verib.