“Napoli”nin futbolçusu 3 aylıq zədələndi
Digər

“Napoli”nin futbolçusu 3 aylıq zədələndi

  • 2021-07-25

İtaliyanın “Napoli” klubu ciddi itki ilə üzləşib.

“Napoli” klubunun yarımmüdafiəçisi Dieqo Demme sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

“Pro Verçelli” ilə yoxlama matçında (1:0) dizindən zədələnən Demmenin azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.