Yuliyan Naqelsmann ona ünvanlanan tənqidlərə cavab verdi
Digər

Yuliyan Naqelsmann ona ünvanlanan tənqidlərə cavab verdi

  • 2021-07-23

"Bavariya"nın baş məşqçisi Yuliyan Naqelsmann ona ünvanlanan tənqidlər haqqında danışıb.

Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı mütəxəssis azarkeşlər tərəfindən indiyədək çalışdırdığı komandalarda kubok qazanmadığına görə tənqid edilir. Naqelsmann isə bununla bağlı deyib:

"Bavariya"ya titulsuz gəldiyimə görə yayılan söz-söhbət məni güldürü. Mən "Real" və ya "Barselona"da məşqçi olmamışam. Karyeramı kubok olmadan başa vursam, üzülməyəcəm. Ancaq titul qazanmaq yaxşı olardı. Mən istəmirəm ki, sadəcə yaxşı bir məşqçi olmağım haqqında danışsınlar. Oyunçularımın yaxşı bir insan olduğumu söyləmələrini istəyirəm".