Özildən "Arsenal" oyunçusuna dəstək
- 2021-07-23
"Fənərbaxça"nın futbolçusu Mesut Özil "Arsenal"dakı sabiq komanda yoldaşı Bukayo Sakaya dəstək olub.
İngiltərə millisinin də üzvü olan Bukayo Saka Avro-2020-nin finalında İtaliya ilə matçda (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 2:3) penaltini dəqiq yerinə yetirə bilmədiyinə görə irqçiliyə və təhqirlərə məruz qalıb. Özil isə məsələ ilə bağlı deyib:
"Bukayoya görə çox məyus oldum. Penaltini qola çevirə bilməməyin nə qədər ağır hiss olduğunu öz təcrübəmdən bilirəm. Belə bir oyunda son penaltini yerinə yetirmək vəzifəsini öz üzərinə götürmək təqdirə layiq hərəkətdir. Bir çox futbolçu bunu edəcək cəsarət toplaya bilməz. Bukayo çox istedadlı futbolçudur. İnanıram ki, gələcəkdə milli komandaya çox fayda verəcək".
Qeyd edək ki, Özil 2013-2021-ci illərdə "Arsenal"da çıxış edib. Bukayo Saka isə 2018-ci ildən bu komandada oynayır.